Aviasiya təhlükəsizliyinin qorunması üçün HHİ sistemlərinin kibermüdafiəsi sahəsində kompleks tədbirlər həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb. İnzibati, texnoloji və fiziki nəzarət sistemlərinin tətbiqi vacib hesab olunur.

Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (SOC) yaradılması və beynəlxalq qurumlarla əməkdaşlıq tövsiyə olunur. Eyni zamanda sistemlərə xarici mütəxəssislərin müdaxiləsinin qarşısı alınmalı və lokal texniki dəstəyə üstünlük verilməlidir. Hücumların qarşısını almaq üçün şəbəkə müdafiə vasitələri, məlumat şifrələnməsi və girişə nəzarət sistemləri istifadəyə verilməlidir. Kənar şəxslərin girişinin məhdudlaşdırılması da mühüm əhəmiyyət daşıyır. Bütün bu tədbirlər risklərin minimuma endirilməsinə xidmət edir.