Kommandit ortaqlığına maya qoyanların hamısı ortaqlıqdan çıxdıqda, ortaqlıq ləğv edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Tam ortaqlar isə kommandit ortaqlığını tam ortaqlığa çevirmək imkanına malikdirlər. Əgər ortaqlıqda ən azı bir tam ortaq və bir maya qoyan qalarsa, kommandit ortaqlıq saxlanılır. Ləğv zamanı maya qoyanların kreditorlardan sonra üstünlük hüququ ilə payını almaq imkanı var.
