
Agentlikdən Heftelik.az-a verilən məlumata görə, araşdırma “HOFFMANN” markalı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə bağlı haqsız rəqabət əlamətlərinə dair şübhələr əsasında aparılıb və artıq yekunlaşıb.
Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən, bu fakta hüquqi qiymət verilməsi məqsədilə Rəqabət Komissiyasının yaradılması barədə qərar qəbul edilib.
Müvafiq qərardan sonra şirkət barəsində rəqabət qanunvericiliyinin pozulması faktı üzrə işin qaldırılması məsələsinə baxılacaq.
Qeyd edək ki, “Kontakt Home”-nin faktiki sahibi sabiq deputat Elnur Allahverdiyevdir. Şirkət bundan əvvəl rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi ilə diqqəti özünə çəkmişdi. Mustafa Zeynalov Elnur Allahverdiyevin dayısı, qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.

Deputat olduğu dövrdə pullu hərbi xidməti gündəmə gətirməklə diqqət çəkən Elnur Allahverdiyevin şirkətində müştərilərin davamlı olaraq bir çox problemlərlə, haqsızlıqlarla üzləşdiyi də üzə çıxmışdı. Bu münasibətdən yazıçılar və jurnalistlər də kənarda qalmamışdılar.