Hava limanının və ya onun mühüm əhəmiyyətli obyektlərinin zəifliyini qiymətləndirmək üçün pozucu modelindən istifadə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Pozucu model pozucunun xarakterik xüsusiyyətlərini nəzərə alaraq ən ehtimal olunan qanunsuz müdaxilə variantını seçir. Bu modelə əsasən, əks-tədbirlər işlənib hazırlanır. Model iki əsas nəticə verir: zəifliyin kəmiyyət göstəriciləri və təhlükəsizlik sisteminin uyğunluq səviyyəsi. Məlumatlar hava limanının təhlükəsizliyinə təhdid yaradan subyektlər, qanunsuz müdaxilə mərhələləri və obyekt seçimi barədə təhlil edilir. Bu təhlil pozucuların davranışını öncədən müəyyənləşdirməyə imkan verir. Model hava limanlarının müdafiə strategiyalarının təkmilləşdirilməsində mühüm rol oynayır.