BAES tətbiq edilmədikdə qeydiyatdan keçmiş baqajda yoxlamalar seçmə ilə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
RTA köməyi ilə baqaj yoxlanılır. ETD və ya KBD vasitəsilə seçmə ilə 10%-dən 40%-ə qədər yoxlama aparılır. Fiziki baxış da tətbiq edilə bilər. Kritik zonalarda nəzarət gücləndirilir. Bu tədbirlər təhlükəsizlik səviyyəsinin qorunmasını təmin edir. Risk səviyyəsi müvafiq olaraq orta və orta-yüksək kimi qiymətləndirilir.