Qeydiyyatdan keçmiş baqajda kustar üsulla hazırlanmış partlayıcı qurğuların (KPQ) təhlükəsi aviasiya sahəsində mühüm təhdid hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Terrorçular tərəfindən KÜHPM-in (kustar üsulla hazırlanmış partlayıcı maddələr) istifadəsi artmaqda və onların əldə olunması asanlaşmaqdadır. Qeydiyyatdan keçmiş baqajda KPQ-nin tapılması ehtimalı orta-yüksək səviyyədə qiymətləndirilir. Belə terror aktının nəticələri yüksək səviyyədə, uçuş zamanı faciəvi ola bilər. Qeydiyyatdan keçmiş baqajda KPQ-nin aşkar edilməsi üçün texnologiyaların istifadəsi və qəfil yoxlamaların artırılması kimi tədbirlər tətbiq edilir. Aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları və uçuş heyəti üzvləri bu sahədə müntəzəm hazırlıq keçirlər. Təhlükəsizlik zonasında KPQ-nin yığılmasının qarşısını almaq məqsədilə əlavə nəzarət tədbirləri həyata keçirilir.