Risklərin qiymətləndirilməsinin əsas tərkib hissələri bir neçə komponentdən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Bunlar arasında təhdid modellərinin müəyyən edilməsi, hücum ehtimalı və nəticələrin təhlili yer alır.
Təhdid modellərinə qanunsuz müdaxilə aktlarının ssenariləri, hücum obyektləri və növləri, həmçinin mümkün icraçılar daxildir.
Hücum ehtimalı mövcud təhlükəsizlik tədbirləri nəzərə alınmadan, terrorçuların niyyət və imkanları əsasında qiymətləndirilir.
Nəticələr terror aktının iqtisadi, siyasi, ekoloji və humanitar təsirlərini əhatə edir.
Təhlükənin səviyyəsinin aşağı salınması üçün milli normalar və istismar prosedurları tətbiq olunur.
Qalıq zəiflik və qalıq risk tədbirlərdən sonra qalan zəiflik və risk səviyyəsini ifadə edir.
Zərurət olduqda əlavə tədbirlər risklərin daha da azaldılması məqsədilə həyata keçirilir.