Bu Metodika təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması, habelə mülki aviasiyaya qarşı qanunsuz müdaxilə aktlarının qarşısının alınması üçün təhlükəsizlik sisteminin qurulmasının əsasını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Təhdidlərin müəyyən edilməsi və qiymətləndirilməsi risklərin idarəolunmasının ilkin və ən vacib hissəsidir.
Günbəgün artan terror təhdidinə qarşı səmərəli mübarizənin ən optimal yoludur.
Təhdidlərin müəyyən edilməsi üçün reaktiv, proaktiv və proqnostik metodlardan istifadə olunur.
Reaktiv metod keçmiş hadisələrin araşdırılmasıdır və səmərəliliyi araşdırmaların obyektivliyindən asılıdır.
Proaktiv metod mövcud təhlükəsizlik sistemində zəif yerlərin aşkar edilməsidir.