Bort qida məhsullarında təhlükəli əşyaların gizlədilməsinin qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Bunlara xidməti personalın yoxlanılması və əl yüklərinin nəzarəti daxildir.
Bortqida istehsalının yalnız mühafizə olunan zonalarda aparılması tələb olunur.
Bundan başqa, çatdırılma zamanı məhsulların təhlükəsizliyi təmin edilməlidir.
Pilotlara verilən yeməklər xüsusi işarələmə ilə ayrılır.
Buraxılış və obyektdaxili rejimin ciddi tətbiqi əsas tələblərdəndir.
Bu tədbirlər insayderlər tərəfindən törədilə biləcək mümkün hücumların qarşısını almağa yönəlib.
