Törəmə təsərrüfat cəmiyyəti, nizamnamə kapitalında üstün paya malik olan əsas cəmiyyətin nəzarəti altında fəaliyyət göstərir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Törəmə cəmiyyətin borcları üçün əsas cəmiyyət məsuliyyət daşımır. Lakin əgər törəmə cəmiyyətin fəaliyyəti əsas cəmiyyətin məcburi göstərişlərinə uyğun həyata keçirilibsə, bu halda əsas cəmiyyət məsuliyyət daşıyır. Bu xüsusiyyət, törəmə cəmiyyətin fəaliyyətində əsas cəmiyyətin rolunu və təsirini müəyyən edir.
