Yol işləri aparılarkən yoldəyişənlərin bərkidilməsi müəyyən edilmiş tələblərə əsasən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Bu proses yol bölməsi işçisinin baxış jurnalında qeydə alınmalıdır. Alternativ olaraq, müvafiq telefonoqram vasitəsilə təsdiqlənə bilər. Yoldəyişənin tiyələrinin və çarpazın ürəkciyinin etibarlı bərkidilməsinə yol bölməsi işçisi cavabdehdir. Yoldəyişənin cəftə və asma qıfılla bağlanması stansiya növbətçisinin göstərişi ilə həyata keçirilir. Bağlanmanın düzgünlüyünə və etibarlılığına stansiyanın xüsusi təyin olunmuş işçisi cavabdehdir.
