Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

FHN-dən Heftelik.az-a verilən məlumata görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

***
saat 12.59
Füzulidə bir nəfər kanalda batıb.
Heftelik.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində baş verib.
Kənd sakini Nihad adlı yeniyetmə ərazidən keçən beton kanalda batıb.
Əlavə məlumat veriləcək.
Bakupost.az