Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Heftelik.az  xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, dünən axşam saatlarında bir nəfərin “Baksol” adlanan ərazidə kanalizasiya kollektoruna düşdüyü ehtimal olunur. Onun sözlərinə görə, axtarışlar aparılır. Əlavə məlumat veriləcək.

***

saat 14.17

Bakıda yol gedən kişi kanalizasiya quyusuna (“lyuk”) düşüb.

Heftelik.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda, “Baksol” deyilən yolda baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və müvafiq qurumların əməkdaşları cəlb edilib. İki gündür axtarılan şəxs tapılmır.