Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlıları Erməni Kilsəsinin başçısının iqamətgahının ərazisinə daxil olublar.
Heftelik.az-ın məlumatına görə, jurnalistlər ərazidən uzaqlaşdırılıb.
Bütün ermənilərin katolikosu II Qareginin ruhanilərlə toqquşmanın qarşısını almaq üçün xüsusi təyinatlıların qarşısına çıxıb.
Erməni Kilsəsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları ilə keşişlər arasında toqquşma baş verib.
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar.
II Qaregin deyib ki, Erməni kiləsində axtarışlar və Mikael Ajapakhyanın saxlanılması ilə bağlı atılacaq addımlarla əlaqədar qərar verəcəklər: “Mikael Ajapakhyan indi vəkilimizlə gedəcək, biz keşişlərin iclasının keçirildiyi iqamətgaha qayıdacağıq. Müzakirə aparıb qərar qəbul edəcəyik”.
Xatırladaq ki, iyunun 25-də Ermənistan İstintaq Komitəsi terror və hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısı alındığı barədə məlumat yayıb. Terror və hakimiyyətin ələ keçirilməsi cəhdində arxiyepiskop Vazgen Qalstanyanın (Baqrat) lideri olduğu “Müqəddəs mübarizə” hərəkatı ittiham olunur. Həmin gün Baqrat Qalstanyanı saxlanılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının “kriminal-oliqarx-kilsə” dairələrinin Ermənistanda sabitliyin pozulması və hakimiyyətin ələ keçirilməsi məqsədilə hazırladıqları geniş miqyaslı və çirkin planlarının qarşısını aldığını açıqlayıb.
İyunun 26-da Baqrat Qalstanyan və “Müqəddəs Mübarizə” hərəkatının 16 tərəfdarının həbsi ilə bağlı məhkəməyə vəsatətlər göndərilib. Onların barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Bu gün isə vəkil Ara Zoqrabyan Ermənistan hüquq-mühafizə orqanlarının Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanı saxlamağa qərar verdiyini bildirib.