Samuxda evdən qadın meyiti tapılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Burunqovaq kəndində qeydə alınıb.
Belə ki Burunqovaq kənd sakini 1939-cu təvəllüdlü Y.Bəkirovanın yanmış meyiti aşkar edilib. Dərhal hadisə yerinə Samux rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb edilib.
Məlumata görə, yaşlı qadının üzərində xəsarətlər olub. Qadının evdə tənha yaşadığı bildirilir.
Faktla bağlı araşdırma davam etdirilir.