İşlərin başa çatmasından sonra bərkidicilər yoldəyişəndən çıxarılmadan əvvəl əlavə yoxlama aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Bu yoxlama stansiya növbətçisi və SMB bölməsinin elektromexaniki tərəfindən həyata keçirilir. Yoldəyişənin və hərəkətedən ürəkciyin vəziyyəti idarəetmə pultunda nəzarət göstəricisinə uyğun yoxlanılır. Müvafiq düymənin vəziyyəti də dəqiqləşdirilməlidir. Bütün yoxlamalar yerinə yetirildikdən sonra yoldəyişənin tam təhlükəsiz olduğuna əmin olmaq vacibdir. Yalnız bundan sonra bərkidicilər çıxarıla bilər.