Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.

Heftelik.az-ın  Gununsesi.info-ya istinadən verdiyi məlumata görə, Bəylər Eyyubov Prezidentin Katibliyinin rəisi təyin olunub.

Prezidentin Təhlükəsizlik Xidmətinə isə yeni rəis təyin olunub. Bu vəzifəyə Fərid Əsgərov təyin edilib.

Qeyd edək ki, Fərid Əsgərov bu təyinatadək PTX rəisi Bəylər Eyyubovun müavini idi. B.Eyyubov digər təyinatla Prezidentin Katibliyinin rəisi təyin edilib.