Qəza və ya yanğın hallarında qatar dispetçeri dərhal məlumatlandırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

PM yüklü vaqonun olduğu qatarın dayandırılması üçün təhlükəsizlik qaydalarına uyğun yer seçilməlidir. Yanğın zamanı lokomotiv briqadası və müşayiət xidməti vaqonları təhlükəsiz məsafəyə çəkməlidir. Yanğın söndürülənə qədər infrastruktur sahibi bütün tədbirləri görməlidir. Qatar dispetçeri qəza barədə infrastruktur sahibinə və aidiyyəti qurumlara məlumat verməlidir. Bütün tədbirlər Təhlükəli Yüklərin Dəmir Yolu Nəqliyyatı ilə Daşınması Qaydalarına uyğun icra edilməlidir.