PM yüklü vaqonların daşınması zamanı onların təhlükə səviyyəsi sənədlərdə qeyd olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Daşıma sənədlərində yükün adı və ya şərti nömrəsi göstərilir. Xüsusi təhlükəli PM-lərin daşındığı hallarda qırmızı rəngli “Xüsusi təhlükəli, nömrəli PM” ştempeli vurulur. Həmçinin, “Daldalanacaq” və “Təpədən buraxma” qeydləri də əlavə edilir. Bəzi PM-lər üçün əlavə təhlükəsizlik ştempelləri tətbiq olunur. Bunlara “Seksiyadır, açılmamalıdır”, “Zəhərlidir” və “Mütəxəssisin müşayiəti ilə” kimi qeydlər daxildir.