Nəzarət edilməyən ictimai zonalarda törədilə biləcək hücumlar mülki aviasiya üçün ciddi təhlükə mənbəyidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Partlayıcı qurğular, silahlı basqınlar və zəhərli maddələrin tətbiqi bu ərazilərdə həyata keçirilə biləcək təhdidlər sırasındadır.

Bu zonalarda təhlükəsizlik tədbirləri nisbətən zəif olduğundan, planlaşdırılmamış hücumlar daha asan baş tuta bilər.

Terrorçuların girişə nəzarət və baxış prosedurlarından yayınması bu riski artırır.

Moskvada, Brüsseldə və İstanbulda baş vermiş hadisələr bu təhdidin real və təhlükəli olduğunu sübut edir.

Bu səbəbdən, nəzarətsiz zonalarda hücum baş verməsi ehtimalı yüksək qiymətləndirilir.

Mütəxəssislər bu zonalarda təhlükəsizliyin gücləndirilməsini prioritet hesab edirlər.