Hava limanlarının təhlükəsizliyinin təminatı üçün konsepsiya mövcud şəraitə və avadanlıqların növünə uyğun hazırlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Konsepsiya ictimai-siyasi, iqtisadi və coğrafi amillərə əsaslanmalıdır. İstehsalatın xüsusiyyətləri və həcmi də təhlükəsizlik planına təsir göstərir. Təhlükəsizlik sistemi müxtəlif təhdidlərə qarşı adekvat müdafiə tədbirlərindən ibarət olmalıdır. Sistem hava limanının obyektlərinin əhəmiyyətindən asılı olaraq fərdiləşdirilir. Optimal təhlükəsizlik üçün zəif nöqtələr təhlil edilməlidir. Bu təhlillər müdafiə tədbirlərinin effektivliyini artırır.