Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

İştirakçılar şəxsən və ya nümayəndələri vasitəsilə yığıncaqda iştirak edə, orqanları seçə və səs verə bilərlər. İştirakçıların hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma etibarsız sayılır. Ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə bağlı istənilən məsələni müzakirə etmək səlahiyyətinə malikdir.