Təhlükə səviyyəsinin aşağı salınması üçün qabaqlayıcı tədbirlər görülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Risklərin dəyərləndirilməsi layihə mərhələsində başlamalıdır.
Kritik və qeyri-kritik sistemlər ayrılmalı, təcrid edilməlidir.
Sistem yenilənmələri təhlükəsizlik standartlarına uyğun həyata keçirilməlidir.
Simsiz sistemlərə giriş ciddi autentifikasiya ilə təmin edilməlidir.
Şəbəkə təhlili və kibermonitorinq mütəmadi aparılmalıdır.
Bu tədbirlər sayəsində qalıq risk səviyyəsi aşağı səviyyədə saxlanılır.
