PM yüklü vaqonlar manevr işləri zamanı təhlükəsiz yerlərdə dayanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Dalan dəmir yollarına daxil olan bu vaqonların hərəkət marşrutları öncədən müəyyən edilməlidir. Manevr sürəti, dəmiryol keçidlərində hərəkət qaydaları və digər təhlükəsizlik tədbirləri yerli təlimatlarla tənzimlənir. PM yüklü vaqonların boşaldılması üçün xüsusi marşrutlar hazırlanmalıdır. 1-ci sinif təhlükəli yüklər xüsusi daldalanacaq vaqonlarla birlikdə daşınmalıdır. Bu vaqonlar yalnız çəki və uzunluq normalarına uyğun qatar tərkiblərində yerləşdirilməlidir.
