Risklərin qiymətləndirilməsi ədədi qiymətlərlə həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Qanunsuz müdaxilə aktlarının ehtimalı 5 ballıq, zəiflik isə 3 ballıq şkala ilə qiymətləndirilir.
Baş vermə ehtimalı “Yüksək”dən “Aşağı”ya qədər beş səviyyədə təsnif edilir.
Yüksək ehtimalda son illərdə oxşar terror aktlarının baş verməsi və ya ciddi sübutların mövcudluğu nəzərə alınır.
Orta-yüksək və orta səviyyələrdə isə planlaşdırma və niyyətlər haqqında məlumatlar mövcuddur.
Aşağı ehtimalda isə faktlar və ya planların olmaması nəzərə alınır.
Zəiflik səviyyəsi isə səmərəli tədbirlərin mövcudluğuna əsasən üç kateqoriyaya bölünür.
Yüksək zəiflikdə heç bir tədbir görülməyib, aşağı zəiflikdə isə tədbirlər effektiv və geniş tətbiq olunur.
