Sıravi heyət üçün də müəyyən bilik və bacarıqlar tənzimlənib.

Heftelik.az-ın məlumatına görə, bu tələblər “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”də qeyd olunub.

Sıravi heyət “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunu, etik davranış qaydalarını və fövqəladə hallar orqanlarının qanunvericiliyini bilməlidir. Onlar öz xidməti hüquq və vəzifələrinə bələd olmalıdırlar. Sıravi heyət öz işini planlamağı bacarmalıdır. Mövcud texnika və xüsusi avadanlıqları işə hazırlamaq və tətbiq etmək bacarığı onlardan tələb olunur. Fərdi mühafizə vasitələrindən istifadə etmək qabiliyyətinə malik olmalıdırlar. Təcili tibbi yardım gələnə qədər ilk tibbi yardım göstərmək bacarığı da onların vəzifəsidir.