Proqnostik metod gələcəkdə baş verə biləcək neqativ halların mümkünlüyünü müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.
Təhdidlərin müəyyən edilməsi üçün məlumatların toplanması ən əsas şərtdir.
Mülki aviasiyanın fəaliyyəti ilə bağlı statistik və xüsusi məlumatlar əsasında təhdidlərin xarakteri müəyyən edilir.
Bu məlumatlar mülki aviasiya obyektlərində baş vermiş və ya qarşısı alınmış hücumları da əhatə edir.
Beynəlxalq mülki aviasiya qurumları, hüquq-mühafizə orqanları və digər dövlət strukturları məlumat mənbələridir.
Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və hava gəmisinin istismarçılarının nümayəndəlikləri də məlumat toplayır.
Media vasitəsilə də təhdidlərlə bağlı məlumatlar əldə edilir.