Tam ortaqlığın mənfəəti və zərəri, şərikli kapitala mütənasib surətdə iştirakçılar arasında bölüşdürülür.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Əgər zərər nəticəsində xalis aktivlərin dəyəri şərikli kapitaldan az olarsa, mənfəət payı bölüşdürülmür. Bu, ortaqlığın iqtisadi vəziyyətinin düşdüyü halda baş verir. İştirakçılar arasında mənfəət və zərər paylaşımı yalnız nizamnaməyə əsasən həyata keçirilir.