Texniki xidmət və nasazlıqlarla bağlı bütün qeydlər texniki jurnalda aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılması Qaydası”nda əksini tapıb.
Jurnalda həmçinin uçuş məlumatları və 2.2.2-ci yarımbənd üzrə informasiyalar da əks etdirilir.
Bu sənəd aviasiya auditləri üçün əsas istinad vasitəsidir.
Hər qeyd uçuş təhlükəsizliyinə bilavasitə təsir göstərir.
Jurnalda olan qeydlər tam, dəqiq və vaxtında olmalıdır.