Törəmə cəmiyyət müflis olduğu halda, əsas cəmiyyət onun borcları üçün subsidiar məsuliyyət daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Törəmə cəmiyyət yalnız əsas cəmiyyətin məcburi göstərişinə uyğun fəaliyyət göstəribsə, müflis sayılır. Bu halda, əsas cəmiyyətin təqsiri üzündən zərər meydana gəlmiş sayılır. Məcəllə, əsas cəmiyyətin törəmə cəmiyyətin fəaliyyətinə dair məsuliyyətini tənzimləyir.