Xidməti personalın üzərində və əl yükündə təhlükəsizlik yoxlamaları vacib əhəmiyyətə malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

SMA və RTA vasitəsilə personalın və onların əl yükünün yoxlanılması aparılır. Fiziki baxış seçmə yolu ilə 10%-dən 100%-ə qədər həyata keçirilir. Hava limanının perimetrinin daxili hissəsi mühafizə olunan məhdud girişli zona kimi qiymətləndirilir. Bu tədbirlər həm işçi heyətinin təhlükəsizliyini, həm də ümumi təhlükəsizlik səviyyəsini yüksəldir. Yüksək riskli hallarda yoxlamalar daha sıx tətbiq olunur.