Magistral neft kəmərlərinin (MNK) elektrik təchizatı sisteminə, hava elektrik ötürücü xətləri, kabel xətləri, transformator yarımstansiyaları və stasionar elektrik stansiyaları daxildir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

MNK-nın xətti hissəsinin elektrik təchizatı hava xətti vasitəsilə yerinə yetirilir. Kənar qonşu ölkənin elektrik qidalanma xəttinə qoşulması MDB arası müvafiq qanunla tənzimlənir.