Düşməsi dayandırıldıqdan sonra asılmış vəziyyətdə, sığorta sistemində qalan işçinin xəsarət alma riskini azaltmaq üçün təxliyyə planı maksimal dərəcədə qısa müddət ərzində (10 dəqiqədən çox olmayaraq) işçini asılmış vəziyyətdən azad etməyə imkan verən tədbirləri və vasitələri (məsələn, öz-özünü xilas etmə sistemi) nəzərdə tutmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bu Qaydaların 12 nömrəli Əlavəsində nəzərdə tutulmuş, hündürlükdə işlərin təhlükəsizliyinin təmin etmə sistemlərinin 4-cü və 5-ci qrafik sxemlərinə uyğun olaraq xilasetmə və təxliyyə sistemlərinin tərkibinə daxildir:
– əlavə və ya artıq istifadə olunmuş, lakin əlavə yükə hesablanmış anker qurğuları və ya anker xətləri;
– tutub saxlayıcı, mövqedə saxlayan, enib-qalxma və ya sığorta sistemləri;
– təxliyyə planından asılı olaraq lazım olan qaldırma və ya endirmə vasitələri (məsələn, bucurqadlar, bloklar, tripodlar, qaldırıcılar);
– xərəklər, şinlər, hərəkəti dayandıran vasitələr;
– tibbi yardım üçün dərman qutusu.