Azərbaycan Respublikasına gələn əcnəbilər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər.

Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.

Birdəfəlik elektron vizada ölkədə qalma müddəti 30 günədək, çoxdəfəlikdə isə 90 günədək müəyyən edilir. Elektron müraciət formasında məlumatlar daxil edilir.