Şərti azad edilmiş və ya şərti məhkum edilmiş şəxslərin ölkəni tərk etməsinə sınaq müddəti bitənə qədər icazə verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.
Əgər sınaq müddəti vaxtından əvvəl ləğv edilərsə, qadağa da götürülür.Bu tədbir şəxsin üzərinə qoyulan hüquqi öhdəliklərin yerinə yetirilməsi məqsədilə tətbiq olunur.