Tutulmuş şəxsin cinayət prosesini həyata keçirən orqan tərəfindən hansı hallarda azad edilməli olduğu açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Tutulmuş şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən aşağıdakı hallarda azad edilməlidir:
– şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi barədə şübhələr təsdiq edilmədikdə;
– şəxsi gələcəkdə həbsdə saxlamaq üçün zərurət olmadıqda;
– hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələlərinin həlli üçün tutulma anından 7 (yeddi) gün, digər hallarda isə tutulma anından 48 saat müddətində (bu Məcəllənin 148.7-ci maddəsində müəyyən edilmiş hallarda tutulmanın uzadıldığı müddətdə) tutulmuş şəxsi həbs etmək üçün məhkəmə qərarı verilmədikdə.