Hündürlükdə konkret iş şəraitindən asılı olaraq işçilər xüsusi geyimlə (zərərli istehsal faktorlarının təsirindən asılı olaraq) və dəbilqələrlə (başın yuxarıdan düşən əşyalardan, eləcə də əşyalara və ya konstruksiyaya dəyərək zərbələrdən alınan xəsarətlərdən qorunması üçün, başın üst hissəsinin 440 V-a qədər gərginlikli dəyişən elektrik cərəyanı ilə vurulmasından qorunması üçün) təmin olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.