İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi zərurəti ilə razılaşdıqda, müddəti göstərilməklə, təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi üçün kifayət qədər əsas olmadığı qənaətinə gəldikdə, vəsatətin rədd edilməsi barədə qərar qəbul edir.