Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Habil Hüseyn oğlu Bağırovdur.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Qeyd edək ki, ötən gün axşam saatlarında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səməd Vurğun küçəsində 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırova qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.
***
saat 00.32
Sumqayıtda bıçaqlanma hadisəsi qeydə alınıb.
Heftelik.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Əri tərəfindən bıçaqlanan 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırova xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.