Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi 01.06.2025-cü il tarixdən 30.06.2025 ci il tarixə qədər Sabirabad-Saatlı və İmişli rayonlarında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Kənd sağlamlığı günləri” adlı layihəyəinin icrasını daha effektiv və təsirli etmək üçün hər bir rayonda faliyyət qrupu yaradıb.
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin əməkdaşları Sabirabad, Saatlı və İmişli rayonlarında layihə faliyyətlərinin təşkili üçün yerlərdə görüşlər keçirərək gənc fəallardan ibarət 4 belə faliyyət qrupları təşkil etmişlər. Hər bir rayonda İcma fəallarından ibarət Fəaliyyət Qrupu (FQ) yaradılmışdır. Yaradılmış faliyyət qrupları planlaşdırılan HİV əleyhinə seminarların təşkilinə dəstək verəcəklər və həmçinin hədəf rayonlarda maarifləndirmə xarakterli seminarlar qurtardıqdan sonra yaradılmış Fəalliyət Qrupu icma daxilində fərdi və ya qrup halında olan maarifləndirmə tədbirlərini davam etdirəcəklər.
“Kənd sağlamlığı günləri” adlı layihəyə cəlb olunmuş Fəaliyyət Qrupları ilə “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi mütəmadi əlaqə saxlayaraq HİV- əleyhinə səhiyyə yönümlü maarifləndirmə işlərinin dayanıqlı olaraq aparılmasını təmin etmək məqsədi ilə yeni yaradılmış qrupları məlumat materialları ilə və əlavə steril materiallarla təmin edəcəkdir.