Həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti ilə bağlı, onun istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi məhkəmə baxışı zamanı tərəflərin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Həbs edilmiş şəxsin məhkəməyədək icraat zamanı istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilə bilər.