Elektron viza müraciətləri ən geci 3 iş günü ərzində baxılır, sürətləndirilmiş halda isə 3 saat içində cavab verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Miqrasiya Məcəlləsində əksini tapıb.

Beynəlxalq hava limanlarında elektron viza real vaxt rejimində təsdiqlənir. İmtina halında müraciətçinin elektron poçtuna məlumat göndərilir.