Həbsdə saxlanılma müddətinin uzadılması barədə qərar qəbul edərkən həbsin ev dustaqlığı ilə əvəz edilməsi, habelə girov qoyulmaqla təqsirləndirilən şəxsin azad edilməsinin mümkünlüyü və girovun məbləğinin müəyyən edilməsi hüququ məhkəmədə saxlanılır.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması barədə qərar qəbul edərkən, məhkəmə həbsdə saxlanılmanın sonrakı müddətini Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş hədlərdə müəyyən edir.