Hündürlükdə konkret iş şəraitindən asılı olaraq işçilər qoruyucu gözlüklərlə, sipərlərlə, qoruyucu ekranla (ozdan, uçuşan hissəciklərdən, işıqdan və ya şüalanmadan qorunmaq üçün), qoruyucu əlcəklər və ya uzun əlcəklərlə, qoruyucu kremlərlə və başqa vasitələrlə (əlləri qorumaq üçün), xüsusi ayaqqabılarla (ayaqlardan xəsarət almaq təhlükəsi olan işlərdə işləmək üçün) və tənəffüs orqanlarını mühafizə edən vasitələrlə (tozdan, tüstüdən, buxardan və qazdan qorunmaq üçün) təmin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.