Hava elektrik ötürücü xətlərinin (HEÖX-nin) vaxtaşırı baxışları qrafikə uyğun aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Naqillərdə və burazlarda sırsıra yarandıqda, buz axınında, çayların daşmasında, HAVA XƏTLƏRİNİN (HX) tras zonasında yanğın baş verdikdə, tufan, qasırğa və başqa təbii fəlakətlərdən sonra, eləcə də HX-nin rele mühafizəsinin açılması və təkrar müvəffəqiyyətsiz qoşulmasından sonra HX-nə növbədən kənar baxış keçirilməlidir.