Texnoloji avadanlığın və ya mühəndis-kommunikasiya təminatı xətlərinin sınaqdan keçirilməsi (buraxılış-sazlama işləri) və tikinti obyektinin istismarına icazə ilə bağlı Məcəllədə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi, tikintinin başlanması, dayandırılması və ya konservasiyası barədə qərarların qəbulu, tikinti ilə bağlı zəruri məlumatların, tikinti sənədlərinin (şəhadətnamələr, sertifikatlar, aktlar və s.) əsli və ya surətlərinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə təqdim olunması və icra və istismar sənədlərinin komplektləşdirilməsi, saxlanması və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunması sifarişçinin əsas vəzifələri sırasına daxildir.

Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.