Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əzizov Abbas Azay oğlu barəsində qərar çıxarıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, məhkəmə Əzizov Abbas barəsində ittiham tərəfinin şikayəti əsasında iyulun 19-dək həbs qətimkan tədbiri seçib.

Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb.

Qeyd edək ki, Rusiya hüquq mühafizə orqanlarının iyunun 27-də keçirdiyi əməliyyat zamanı saxlanılan Əziz Abbasova da işgəncə verilib.

O, aldığı xəsarətlərdən daha sonra xəstəxanaya yerləşdirilib.