Sifarişçi tikintini müvafiq qaydada ekspertizadan keçmiş və razılaşdırılmış layihə sənədləri ilə təmin etmək, tikintiyə icazənin alınması üzrə vəzifələrini, habelə tikinti aparılarkən öz sifarişçi vəzifələrini müqavilə əsasında yerinə yetirmək, tikintiyə texniki nəzarəti həyata keçirmək və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və tikintiyə icazə verən orqanla (qurumla) qarşılıqlı surətdə əlaqə yaratmaq məqsədilə qüvvədə olan qanunvericiliyə uyğun olaraq ixtisaslaşmış təşkilatı (podratçını, layihəçini və hüquqi şəxs statuslu digər subyekti) və müvafiq ixtisasa malik mütəxəssisi (vəkil edilmiş səlahiyyətli nümayəndəni) cəlb edə bilər.

Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.