Həbs, ev dustaqlığı və girov yalnız təqsirləndirilən şəxsin barəsində seçilə bilər.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri yalnız on səkkiz yaşına çatmayan şəxs barəsində seçilə bilər. Komandanlığın müşahidəsi altına vermə yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi müddətdə hərbi mükəlləfiyyətli şəxs barəsində seçilə bilər.