“Bavariya” klubu ciddi itki ilə üzləşib.

Heftelik.az xəbər verir ki, Münhen təmsilçisinin aparıcı futbolçusu Camal Musiala sıradan çıxıb.

 

22 yaşlı yarımmüdafiəçi FİFA Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində PSJ-yə qarşı keçirilən görüşdə zədələnib.

Almaniya millisinin üzvü matçın gedişində rəqib qapıçı Cianluici Donnarumma ilə toqquşma nəticəsində ayağını sındırıb. Musiala meydanı xüsusi xərək vasitəsilə tərk edib.